İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiya–İsrail hərbi əməkdaşlığı dərinləşir: Belqrad "HIMARS"dan güclü sistemlər alır

443 01.01.2026 13:19 Dünya A A

Serbiya prezidenti Aleksandar Vuçiç İsraillə hərbi-texniki əməkdaşlığın genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, Belqrad İsrail istehsalı olan bir sıra mühüm silah sistemlərini tədarük edir.

“Bizim yəhudi dövləti ilə yaxşı münasibətlərimiz var. Onlardan bir çox vacib sistemlər alırıq — "Hermes" və "SkyStriker" platformaları, eləcə də Elbit PULS. Bu sistem HIMARS-dan daha güclüdür”, – deyə Serbiya lideri bildirib.

Musavat.com-un məlumatına görə Vuçiç vurğulayıb ki, PULS reaktiv yaylım atəş sistemi bir buraxılışda altı raket atır, halbuki HIMARS-da bu göstərici beş raketdir. “Siz "HIMARS"-ın ruslara nə qədər problem yaratdığını gördünüz. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, "PULS" sistemi Elbit Systems tərəfindən istehsal olunur və modullu quruluşu ilə müxtəlif çaplı raketlərin istifadəsinə imkan verir. Hermes pilotsuz uçuş aparatları və "SkyStriker" kamikadze dronları isə İsrailin yüksək dəqiqlikli zərbə və kəşfiyyat imkanları ilə tanınır.

Serbiya rəhbərliyinin bu açıqlaması İsraillə Serbiya arasında müdafiə sahəsində əməkdaşlığın strateji xarakter aldığını göstərir və regionda hərbi balansla bağlı müzakirələri yenidən gündəmə gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR