İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejimin sonu - yeni “seçki” olmayacaq!

2242 02.09.2023 10:51 Siyasət A A

“Seçki” tamaşası qurmağa cəhd edənlər qanuni hədəfimiz olacaq, onlar barədə ciddi tədbirlərə əl atılacaq

10 noyabr Üçtərəfli Bəyanatının tələblərinə görə, postmüharibə dövründə Rusiya Qarabağdakı terror qruplaşmasını neytrallaşdırmalı, tərk-silah etməli, Ermənistan isə ordu qalıqlarını çıxarmalı idi. Lakin bu günədək tərəflər bu işləri həyata keçirmədilər, əksinə, sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində “artsax” oyunu davam etdi. 

Nəticədə Azərbaycan BMT qərarlarını özü icra etdiyi kimi, bu mərhələdə də bütün işləri özü həyata keçirməyə başlayıb. Laçın yolunda SBM-in quraşdırılmasının ardınca Ağdam-Xankəndi yolunun açılması prosesinə artıq start verilib. Təbii, bütün bu gedişat bütün suveren ərazilərmizdə, erməni vətəndaşlar məskunlaşan zonada suverenliyimizin tam bərpası ilə nəticələnməlidir. 

Separatçı rejim artıq dalana dirənib və hazırkı durum bundan ibarətdir ki, terrorbaşı Araik Arutyunyan istefa verib.

Hazırda Xankəndidə xaotik bir vəziyyət var və ermənilər belə sərsəm iddiadadır ki, “yeni seçki” keçirilənədək, qondarma quruma Samvel Şahramanyan başçılıq edəcək. 

Haylar yenə də o xülyadadır ki, “seçki” keçirəcəklər, əvvəlki qaydada davam edəcəklər. Ancaq bunlar mümkün olmayacaq. Azərbaycan separatçıların işğal altındakı bölgədə qondarma “prezident seçkisi” keçirməsinə imkan verməyəcək. 

Bundan sonra orada ermənilərin necə yaşamalı olduqlarını Prezidentin köməkçisi Hikmət Hacıyev konkret olaraq açıqlayıb. Sitat: “Azərbaycanın siyasəti ondan ibarətdir ki, öz ərazisində hər hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürsə ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və separatist statusunda yaşamaqda davam edərək bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər, bütün bunların heç biri baş verməyəcək. Azərbaycan heç bir halda buna dözüm göstərməyəcək”.

Azərbaycan növbəti mərhələdə hansı addımları atacaq? Qondarma “seçkilərin” keçirilməməsi üçün nələr edilə bilər?

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Xankəndindəki hazırkı durum Azərbaycan dövləti tərəfindən diqqətlə izlənilir və baş verəcək hər bir Azərbaycan qanunlarına zidd addımların, cəhdlərin qarşısının alınması üçün adekvat addımlar atılması qaçılmazdır: “Samvel Şahramanyanı separatçı quldur rejimə başçı gətirdilər. Samvel Şahramanyan heç də Araik Artyunyandan geri qalan cinayətkar deyil. Bir cinayətkarı digər cinayətkarla əvəz etməklə ermənilər Azərbaycanın münasibətini dəyişə bilməzlər. Azərbaycan dövlətinin rəsmisi Xankəndinin 26 kilometrliyindəncə elə dünən bəyan etdi ki, Xankəndindəki separatçı rejim özünü buraxmalı və tərk-silah edilməlidir. Araik kimi, Samvel kimi cinayətkarlar erməni əhalini faktiki girov saxlayırlar. Onlar hansısa ”seçki şousu" düzənləməyə cəhd etsələr, Azərbaycan dövləti öz konstitusiyasına və beynəlxalq qanunlara əsaslanaraq qarşısını almaq üçün konkret addımlar atacaq. “Seçki” tamaşası qurmağa cəhd edənlər qanuni hədəfimiz olacaq, onlar barədə ciddi tədbirlərə əl atılacaq. Azərbaycan ərazisində qanunsuz seçkilər keçirmək cinayət məsuliyyəti yaradır. Cinayətə yol verənlər cəzalarını da alacaqlar. “Seçki” xülyası ilə yaşayan separatçılar bunu bilməlidirlər. Onların qondarma “seçki” cəhdlərinin qarşısı alınacaq. Azərbaycan dövləti öz ərazisində antiterror, antiseparatizm əməliyyatı da keçirə bilər". 

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net

 Xəyal Bəşirov

Politoloq Xəyal Bəşirov isə bildirdi ki, Xankəndində xaotik vəziyyət gözlənilən idi və artıq kulminasiya nöqtəsinə çatır. Çünki Xankəndi ilə bağlı oyun oynayanların, orada mülki əhalini öz çirkin oyunlarının alətinə çevirənlərin ətrafında çəmbər daralıb: “Araik Arutyunyanın istefa verməsinin ciddi əsasları var, qondarma rejimin rəhbəri tupikə dirəndiyinin fərqindəydi. Qondarma rejim anlayır ki, bundan sonra orada öz istədikləri kimi meydan sulaya bilməzlər. Araik indi özünü xilas etməyin yollarını arayır. Ona görə də illərdir ki, vədlər verdiyi erməniləri ortada qoyub aradan çıxdı. Onun yerinə Samvel Şahramanyan Xankəndidə seçki tamaşası qurmağa cəhd etsə, Azərbaycan sərt şəkildə qarşısını alacaq. Azərbaycan dövləti qondarma quldur rejimin buraxılması məsələsini qoyub artıq. Belə bir mövqe ortada ola-ola orada hansısa qondarma seçkilərin keçirilməsinə imkan verilməsi mümkün deyil. Azərbaycan ”seçki" tamaşasının qarşısının alınması üçün öncə Rusiya sülhməramlılarına müraciət edib onların qarşısında üzərinə düşən məsuliyyəti yerinə yetirmələri məsələsini qaldıracaq. Nəticəsi olmasa, Azərbaycan özü müvafiq qanuni addımlar atmaqla qarşısını alacaq".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR