İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Babayan yanıb yaxılır: “BMT-də sadə bəyanatlar heç nəyi dəyişməyəcək”

958 17.08.2023 18:27 Siyasət A A

 

“BMT Təhlükəsizlik Şurası aydın qətnamə qəbul etməlidir, çünki sadəcə bəyanatlar heç nəyi dəyişməyəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də qalan qondarma və oyuncaq rejiminin “prezidenti”nin “müşaviri” David Babayan tərəfindən səslənib. Babayan üstəlik kimlərisə hədələməyi də unutmayıb.

“Əks halda bu, Azərbaycanın əsl qələbəsi olacaq. Səslənən dəyərləndirmələr Qarabağ sakinlərinin problemlərini həll etməyəcək, təhlükəsizlik təmin edilməyəcək, soyqırım təhlükəsi aradan qalxmayacaq. Bizə  hansı qətnamənin qəbul ediləcəyini və ya qərar veriləcəyini gözləmək qalır. Konkret nəticə əldə etmək üçün iş görülməlidir. Hər şey belə davam edərsə, kəskin addımlara əl atmalı olacağıq, biz özümüzü aclığa məhkum etməyəcəyik. Ya qalıb vuruşmalıyıq, ya da hər şeyə tüpürüb getməliyik. Bəli, ac olduğumuz qeydə alınıb, sağ olun, amma bu, nəyi dəyişib?”, - deyə Babayan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR