İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA: Paşinyan QƏRAR VERDİ, kəndlər Azərbaycana qaytarılır - detallar CANLIda

1052 13.06.2023 13:35 Son xəbər A A

Hazırda Ermənistanda ən çox müzakirə olunan məsələ anklavlardır. Erməni mediasında Naxçıvan Muxtar Respublikasının Kərki kəndi və Qazaxın kəndləri ilə bağlı yeni iddialar səsləndirilir.

Serj Sərkisyanın kürəkəni Mikael Minasyan da bu barədə yazıb.

İddia edilir ki, zaman-zaman sözügedən kəndlərin Azərbaycana təslim edilməsi məsələsi hakimiyyət tərəfindən gündəmə gətirilsə də, generallar buna mane olublar. Kərkinin (ermənilən Tiqranaşen adlandırırlar – red.) qubernatoru kəndin qaytarılmayacağını deyib və iddiaları müxalifətin oyunu adlandırıb. Lakin o, bir müddət sonra vəzifəsindən azad edilib və bu da kəndin geri qaytarılmasının başlanğıcı kimi dəyərləndirilib.

Erməni mediası yazır ki, Nikol Paşinyan Kərki və Qazaxın kəndlərinin Azərbaycana qaytarılması məsələsində qərarlıdır, lakin önündə bir sıra maneələr var.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Azad İsazadədir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR