İnsanlara hürriyət, millətlərə istiqlal!

Şengen zonası 2024-cü ildə genişlənəcək

1041 30.03.2024 19:30 Dünya A A

Şengen zonası 2024-cü ildə yeni üzvlərin hesabına genişlənəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatı yayılıb,

Bildirilir ki, bu ilin sonuna qədər Bolqarıstan və Rumıniyanın Şengen zonasına inteqrasiya etməsi gözlənilir. Hər iki ölkə martın 31-dən Şengen zonasının üzvü olacaq, lakin hələlik onların sərhədlərində sərhəd nəzarəti yalnız qismən (dəniz və hava sərhədləri üçün) ləğv ediləcək. Quru keçidlərində nəzarət tam inteqrasiya tamamlanana qədər qalacaq.

Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu üzvü olmazdan əvvəl bir sıra şərtləri yerinə yetirməlidirlər. Əsas olanlardan biri qeyri-leqal miqrantlarla mübarizə tədbirlərinin tətbiqidir.

Bir gün əvvəl Bolqarıstan səfirliyinin aprelin 1-dən etibarən qeyri-Şengen ölkələrinin vərəndaşlarından Şengen vizası üçün müraciətlərin qəbuluna başlayacağı xəbəri yayılıb.

Martın 31-dən etibarən Rumıniya səfirliyi də eyni xidməti göstərəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR