İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənəd imzalananda camaatın küçələrə çıxması riski var” - Artur Vanetsyan

2255 09.05.2023 17:50 Son xəbər A A

“Biz bilmirik ki, Ermənistan və Azərbaycan hakimiyyəti nə haqda danışıqlar aparır? İndiki mərhələdə hansısa sənədin imzalanacağına inanmıram”.

Musavat.com bildirir ki, bunu mayın 9-da İrəvandakı Qələbə parkında jurnalistlərə müsahibəsində “Ana Vətən” partiyasının sədri Artur Vanetsyan deyib.

O deyib ki, Nikol Paşinyan hakimiyyətini saxlamaq üçün hər şeyi edir, istənilən addımı atır.

“Sənəd imzalananda camaatın küçələrə çıxması və onun hakimiyyətinin təhlükə altına düşmə riski var. Ona görə də Paşinyan indiki mərhələdə kağızlara imza atmadan azərbaycanlıların tələblərini yerinə yetirir. Dığ kəndində baş verənlər bunun bariz nümunəsidir. Bir dəfə öyrəndik ki, Ermənistan silahlı qüvvələri qoruduğu ərazini tərk edib və bu ərazi Azərbaycan silahlı qüvvələri tərəfindən döyüşsüz işğal olunub. Onlar faktiki olaraq Ermənistanın suveren ərazisini işğal ediblər”,-deyə Vanetsyan ardınca söyləyib.

Vanetsyan daha sonra bildirib ki, bundan sonra Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı azad edilib və bu məmur Silahlı Qüvvələrin bölmələrini sərhəd qoşunlarının bölmələri ilə əvəz edərkən nöqsanlara yol verib.

“Heç kim soruşmur: əgər nə vaxtsa bu bölmələr, bu mövqelər boş qalıbsa, onda sərhəd qoşunlarının günahı nədir? Sərhəd qoşunlarının nümayəndələrinə dedilər: filan gündə siz gedib Silahlı Qüvvələrin bölmələrini əvəz edəcəksiniz. Onlar gedib gördülər ki, azərbaycanlılar artıq həmin yerdədir, Silahlı Qüvvələrdən heç kim yoxdur”, - Vanetsyan bildirib.

O xatırladıb ki, daha sonra bu məsələdə nöqsanların olduğu deyilib.

“Bəs bunun nəticəsində Ermənistan Respublikasının suveren ərazisinin işğalına görə kim məsuliyyət daşımalıdır? Bundan iki gün sonra isə qurbanlarımız oldu”- partiya sədri fikirlərini belə yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR