İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator Bondarev Türkiyəni “bombaladı” – “O, Rusiyaya dost olmayan ölkəyə çevrilib”

1280 10.07.2023 14:38 Son xəbər A A

“Azov” alayının komandirlərini Ukraynaya verən Türkiyə neytral ölkədən Rusiya üçün dost olmayan ölkəyə çevrilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu TASS-a müsahibəsində Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev deyib.

Senator vurğulayıb ki, “Azov” döyüşçülərinin Türkiyədə olması Moskva və Kiyev arasında əsir mübadiləsi çərçivəsində baş tutub. “Türkiyə buna qəsdən məhəl qoymadı, üstəlik, Ukraynanın NATO-ya qəbulunun sürətləndirilməsini və Ukraynada pilotsuz uçan aparatlar zavodunun tikintisini müdafiə etdi”, - o deyib.

Bondarev hesab edir ki, Ankaranı bu addımı atmağa Şimali Atlantika Alyansının təzyiqləri, eləcə də taxıl müqaviləsinə faktiki xitam verilməsi vadar edib.

Türkiyə orezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlədən Bondarev deyib ki, o, əvvəllər də impulsiv qərarlar verib: “İŞİD ilə flört edib, Rusiya təyyarələrinin vurulmasına təsir göstərib, Ukraynaya pilotsuz təyyarələr verib, türkdilli xalqları Böyük Turan yaratmaq üçün qızışdırıb”.

Bundan əvvəl MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin Lenta.ru ilə söhbətində Türkiyənin “Azov” komandirlərini Ukraynaya verməsini siyasi maraqlarına görə olduğunu deyib. Onun sözlərinə görə, Ankaranın bu qərarı Moskva və Rusiya Xarici İşlər Nazirliyi üçün müəyyən dərəcədə aşağılayıcıdır. "Bu, Rusiya-Türkiyə münasibətlərində kədərli hadisədir və biz illüziyalardan qurtulmalıyıq", - Topornin bildirib.

“Azov” alayının liderlərinin Türkiyənin Ukraynaya transferi iyulun 8-də məlum olub. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR