İnsanlara hürriyət, millətlərə istiqlal!

Səmimidən Hikmətə ağır sözlər

1464 11.04.2023 11:57 Şou-biznes A A

Aktyorlar Səmimi Fərhad və Hikmət Rəhimov arasındakı qalmaqal yenidən alovlanıb.

OLAY yazır ki, buna səbəb Səmiminin feysbuk statusu olub.

Belə ki, mərhum Xalq artisti Azərpaşa Nemətovun ünvanına ağır ifadələr səsləndirən Hikməti küsülü olduğu həmkarı qınayıb.

O, status yazaraq ad çəkmədən Rəhimova mərhum direktorla bağlı “Sənə rəhmət düşmür” açıqlamasına görə, irad bildirib. Lakin bir müddət sonra S. Fərhad paylaşımını yeniləyib və bu sözləri qeyd edib:

“Qoy, bu da burada qalsın. Rəhmətlikdən mən də razı deyildim, nə işindən, nə özündən. Bəs, sən necə öləcəksən? Sən o adamsan ki, dost-qardaş deyib süfrəmin başında əyləşib, qıraqda haqqımda olmazın söhbətləri etmisən. Onunla da kifayətlənməyib, ölkədə büdcəsi ən çox (250 min manat) olan layihədə (Əqrəb Mövsümü) “iki balamı qəbirə qoyum, büdcə çox zəifdi, buna çəkilsən, sonrası yaxşı olacaq” deyib, 10 çəkiliş gününə cəmi 1000 manat təklif etdin.

Məndən faiz tutmaya və yaxud dəvət etməyə də bilərdin. Mən isə bundan xəbər tutanda artıq çəkilirdim və yarımçıq qoyub getmədim. Emil Quliyev isə öz növbəsində qonorarıma əlavə etdi. Bunun hesabını səndən soruşanda, bir-iki şilləyə görə həkimdən ekspert kağızı alıb, oradan da polisə qaçdın. Hansı ki, bir cılız uşağı vurmuşdun, səni polisə vermişdi deyə hər yerdə “işverən” deyib dalınca danışırdın. İndi də xəbərin çatır, kimlərlə birləşib nələr danışırsız, siz olan layihələrdən məni necə “burursunuz”.

O adamlar ki, onların haqqında mənə və bir çoxlarına nələr danışıb, nə söyüşlər söyüb, indi də onlarla öpüşüb, görüşürsən. Çünki zəifsən. Sənətin olmasaydı, bəlkə də səni başa düşərdim. İndi çıx de ki, belə olmayıb. Lazım olsa, adbaad deyərəm”.

Qeyd edək ki, bir neçə ilə əvvəl iki sənətçi çəkiliş zamanı əlbəyaxa dava edib. Bu barədə ilk məlumatı OLAY yayıb. Tərəflər məsələ ilə bağlı açıqlama verməsə də, Rəhimovun həmkarını polisə şikayət etdiyi məlum olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR