İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümovun məhkəməsində YENİ DETALLAR ÜZƏ ÇIXDI: "Tenderlərin nəticəsi..."

1229 12.12.2022 19:47 Kriminal A A

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Bəxtiyar İsgəndərov ifadə verib. O bildirib ki, nazirliyin tikilməkdə olan obyektlər idarəsini rəisinin müavini işləyib.

Prosesə sədrlik edən hakim Faiq Qəniyev bildirib ki, 2014-cü ildə sosial evlərin tikilməsi üçün dövlət büdcəsindən 20 milyon manat ayrılıb. Hakim şahiddön bu ayrılan pulun müqabilində nə iş görmələrini soruşub.

Bəxtiyar İsgəndərov qeyd edib ki, 2013-2016-cı illərdə tikilməkdə olan obyektlər idarəsini rəisi müavini, 2016-cı ildə isə tender komissiyasının üzvü olub.

Şahid deyib ki, sosial evlərin tikilməsi üçün tenderlər elan olunub: “Tenderlər sənəd üzərində keçirilirdi, tenderlərin nəticəsi əvvəlcədən bəlli idi. Tenderlərdə adı keçən şəxslərin vəzifəsi isə işdə olan sənədlərə imza etməkdən ibarət olub”.

Bəxtiyar İsgəndərov qeyd edib ki, dövlət büdcəsindən ayrılan yaşayış sosial evlərin tikintisinə xərclənib, amma necə və hansı qaydada xərclənməsi dən xəbəri olmayıb.

Hakim şahidin istinataqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğunu deyib. Bu səbəbdən onun istinataqa verdiyi ifadəsi elan olunub.

Bəxtiyar İsgəndərov istinataqa verdiyi ifadəsində göstərib ki, dövlətin ehtiyat fondundan sosial evlərin tikintisinə 20 milyon manat ayrılıb. Qeyd olunub ki, evlərin tikintisi üçün tenderlər elan olunub: "Bütün tenderlər formal olaraq həyata keçirilib. Bütün bu işlər Səlim Müslümovun tapşırığı ilə nazirliyin tikilməkdə olan obyektlərin idarə rəisi Natiq Əzizov icra edib. Tenderlərin nəticəsi əvvəldən bəlli idi. Tender iştirakçıları yalnız sənədlərəmimza ediblər".

Hakim:
- Məsuliyyətiniz bilirsiz nədən ibarətdir?
Şahid:
- Bir səhvdir etmişəm.
Prokuror Babaxan Həsənəliyev:
- Bu səhv deyil, cinayətdir.

Digər şahid Mahir Şükürov bildirib ki, dövlət əmlak müfəttişliyinim Salyan, Şirvan Neftçala, Hacıqabul rayonları daxil olmaqla 11 saylı dövlət əmək müfəttişliyinin rəisi olub, hazırda işsiz olub.

Hakim deyib ki, istintaqın gəldiyi nəticəyə görə, 2014-cü ilin may və oktyabr aylıarı ərzində nazirliyin Dövlət əmlak müfəttişliyinin rəisi Fuad Əlizaədəyə çatdırılması üçün rüşvət qismində sektor müdiri Emil Allahverdiyev vasitəsi ilə pul çatdırıb. Məlum olub ki, şahidin Fuad Əlizaədəyş çatdırıldığı pulun məbləği hər ay 4 min manat olub.

Şahid istintaqa verdiyi həmin ifadəsini təsdiü etməyib. Bildirib ki, o, heç kimə rüşvət qismində pul verməyib.

Hakim:
- Qismini qoy qırağa, bəs nə qismində veribsiz?
Şahid isə hakimin bu sualına cavab verməyib və fikirini belə əsaslandırıb:
- İndi bir işdir, düşmüşük.
Prokuror:
- Siz rəhbər vəzifədə işləmisiz. İstintaqda ifadə vermisiz, imzanızda var. Nədən çəkinirsiz? Bu gün gəlimisiz ki, istintaqa verdiyimiz ifadəyə mı don getimdirəsiz.
Şahid:
- Mən heç kimə pul verməmişəm.

Şahid Vüqar Abdullayev bildirib ki, 2014-2016-cı illər ərzində Binəqədi və Abşeron rayonları daxil olmaqla 2 saylı regional əmək müfəttişliyində işləyib. Bildirib ki, hazırda Dövlət Gömrük Komitəsində mühasib işləyir.
Şahidin sözlərinə görə, onun rəisi Fuad Əlizadə olub: "İşimiz müəssisələri yoxlamadan ibarət olub. Qanun pozuntusuna yol verən müəssisələrə cərimə yazmışıq”.

Hakim:
- Fuad Əlizadəyə nə qədər pul veribsiz?
Şahid:
- Mən pul verməmişəm.
Hakim:
- Səmimi olun, ifadəniz var. İstintaqda yalan danışmamısız?
Şahid:
- Xeyr.
Hakim Vüqar Abdullayevin istintaqa verdiyi ifadəsi elan olunub. O həmin ifadəsində göstərib ki, hər ay 25 min manat Fuad Əlizadəyə Emil Allahverdiyev vasitəsi ilə pul göndərib, Fuad Əlizadə də həmin pulu Səlim Müslümova verib.
Şahid:
- Mən istintaq zamanı elə bir söz deməmişəm.
Prokuror:
- Bəs onda 25 min manat haradan əldə olunub.
Şahid:
- Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunub. Bu nöqsanlarla bağlı ödəniş edilib.
Prokuror:
- Ödəniş döbvlət büdcəsinə olar. Bununda müqabilində qəbz olur. Siz nə deyirsiz, bunun məsuliyyətini hiss edirsiz.

Daha sonra ifadə verən Mirsəlim Seyidov deyib ki, Bakının Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əmək müfəttişi işləyib. O deyib ki, ən böyük məbləğlərdə cərimə yazıblar. Qeyd edib ki, ümumilikdə 1 milyon 500 min manat cərimə yazıblar.

Hakim onun istinataqa verdiyi ifadəsini elan edib. O ifadəsində göstərib ki, xırda müəssislər cərimə tətbiq olubub: Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı".

Növbəti proses dekabrın 19-da davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR