İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidəki ağır qəzada həlak olan bir ailənin 4 üzvü - ADLAR

828 19.08.2023 11:46 Hadisə A A

Şəkidə ağır yol qəzasında həlak olan bir ailənin dörd üzvünün şəxsiyyəti məlum olub.

Musavat.com apa-ya istinadən xəbər verir ki, ata 1989-cu il təvəllüdlü Nicat Namiq oğlu Mirzəyev və üç övladı 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, ana 1992-ci il təvəllüdlü Qızxanım Nürəddin Mirzəyeva isə ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR