İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhra dənizə çevrildi - VİDEO

1672 17.09.2023 22:20 Hadisə A A

Liviyada “Daniel” qasırğasının yaratdığı güclü daşqın nəticəsində Əl-Muhayli səhrası bir neçə gündür tamamilə su altında qalıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində 11 mindən çox insanın öldüyü, 20 min nəfərin isə itkin düşdüyü bildirilir.

Xilasedicilər və digər sahilyanı şəhərlərin sakinləri Dernada həlak olanların cəsədlərini təbii fəlakətin baş verdiyi ərazidən 100 km aralıda çimərliklərdə tapıblar.

Məlumata görə, on minlərlə insan evsiz qalıb.

Epidemioloqlar xəbərdarlıq edirlər ki, ölkədə çirklənmiş suyun böyük miqyasda axması xəstəliklərə səbəb ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR