İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə naziri Fransa və Ermənistan nümayəndələrinin əsassız ittihamlarına CAVAB VERDİ

866 24.10.2023 17:47 Siyasət A A

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyasında Fransa və Ermənistan nümayəndələrinin ölkəmizin ünvanına səsləndirdikləri əsassız ittihamlara cavab verib.

Səhiyyə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, nazir qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və konstitusiya quruluşunun bərpa olunması, ərazilərin qanunsuz erməni hərbi birləşmələrindən təmizlənməsi məqsədi ilə antiterror mahiyyətli tədbirlər həyata keçirilib.

Müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin Qarabağ regionuna bir sıra səfərləri olub. Bu səfərlərin nəticəsində hazırlanan hesabatlarda qeyd olunub ki, hər hansı bir mülki infrastruktura, o cümlədən məktəb və xəstəxanalara heç bir ziyan dəyməyib. Yerli əhali, onlara qarşı hər hansı bir zorakılıq, həmçinin mülki və kənd təsərrüfatı obyektlərinin dağıntısı faktlarının olmadığını missiyalara bildirib.

Eyni zamanda vurğulanıb ki, UNHCR və Qırmızı Xaç Komitəsinin Ermənistan ofisinin də hesabatlarında bu məsələ öz əksini tapıb. Həmçinin Ermənistan Baş nazirinin 21 və 23 sentyabrda səsləndirdiyi bəyanatlarında mülki əhali üçün hər hansı bir təhlükə olmadığı bildirilib. Bütün bu faktlar bir daha sübut edir ki, Fransa və Ermənistan nümayəndələrinin səsləndirdikləri ittihamlar əsassızdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR