İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət edib - Fotolar

1537 06.10.2022 16:46 Sosial A A

Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.

Musavat.com xəbər verir ki, Nadejda xanım 1953-cü ildə Rusiyada anadan olub, 1969-cu ildə Sabir Quliyevlə evlənərək Şuşaya köçüb, onların 4 övladı dünyaya gəlib və Hacı Yusifli məhəlləsində yerləşən evlərində 1992-ci ilin may ayının 8-nə kimi yaşayıblar.

Nadejda xanımın evi və anası Vera Stepanovna Toloknovanın Şuşada olan qəbri erməni vandalizminə məruz qalaraq dağıdılıb. Quliyevlər ailəsi Şuşa işğala məruz qalandan sonra Bakı şəhərinə köçüblər.

Nadejda Toloknovanın böyük övladı Bəxtiyar Quliyev 1994-cü ildə könüllü olaraq Vətənin müdafiəsinə qalxıb, Ağdam rayonu ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin müşayiəti ilə şəhidimizin ailəsi öz evlərini, İsa bulağını və digər məkanları ziyarət ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR