İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anasını aldadaraq pulunu mənimsəyiblər...

807 24.03.2023 11:42 Son xəbər A A

Tovuz rayonunda dəfn olunan evin tək oğlu şəhid Elmar Şirinovun anası Amana Nəsirova dələduzluğun qurbanı olub. Ondan televiziyadan çəkiliş göndərmək adıyla 200 manat alınıb.

Musavat.com xəbər verir ki, bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu paylaşıb edib.

O, şəhid anasının sözlərinə istinadən qeyd edib ki, fotodakı şəxs şəhid ailələrinə gedir, özünü canıyanan kimi göstərir, sonra onların etibarından sui-istifadə edir: "Adını Bəxtiyar deyərək, özünü Ağdam qaçqını kimi tanıdıb. Əgər doğrudan da Ağdamlıdırsa, onda şəhidlərin haqqı bu adama haram olsun. Torpağını, dədə-baba yurdunu düşməndən azad edən şəhidin anasını aldatmaq rəzillikdir.

Dostluğumdakı ağdamlılar, şəhid anasını aldadan bu adamı tanıyırsınızsa, üzünə tüpürün. Şəhid anasından üzr istəyib pulunu özünə qaytarsın".

Nigar Həsənli,
Musavat.com

02dca88b-388e-4571-833d-383292457acc.jpg (92 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR