İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid anası: "Formula 1" nəvələrim üçün çox maraqlıdır"

343 11.06.2022 19:23 Gündəm A A

"Bu yarış nəvələrimiz, uşaqlar üçün çox maraqlıdır. Təşkilatçılara bizi dəvət etdikləri üçün təşəkkürümüzü bildiririk".

Musavat.com xəbər verir ki, bunu Report-a açıqlamasında Vətən müharibəsi şəhidi Orxan Qəhrəmanovun anası Arzu Qəhrəmanova "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O bildirib ki, hər kəs belə yarışları bilet qiymətlərinə görə tribunadan izləyə bilmir: "Amma sağ olsunlar, bizi yada salıblar. Nəvələrimin "Formula 1"i tribunadan izləməsi mənim üçün xoş oldu".

Qəhrəmanova övladının könüllü olaraq Orduya yazıldığını xatırladıb: "Mən oğlumla fəxr edirəm. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Prezidentimiz İlham Əliyev onu üç medalla təltif edib. Mən övladımla fəxr edirəm, qürur duyuram. O, Vətən uğrunda canını fəda edib".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR