İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhər saatlarında beş dostun faciəvi XƏBƏRİ GƏLDİ - Bakıda DƏHŞƏT

3538 25.09.2023 08:28 Hadisə A A

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı 5 dostdan biri ölüb digərləri ağır xəsarət alıb.

Qəza Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi “Toyoto Prius” markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib.

Minik avtomobili hərəkətdə olan “Man” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıb.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmiş.

Faktla bağlı cinayət işi başlanılıb.//APA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR