İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirlər Lavrovla görüşdən imtina etdilər - Şok səbəb

1303 05.03.2024 22:05 Dünya A A

Avropa İttifaqı ölkələrinin Moskvadakı səfirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla təklif olunan görüşdən imtina ediblər.

Bu barədə Lavrovun özü məlumat verib.

Aİ nümayəndəliyindən RBC-yə bildiriblər ki, imtinaya səbəb Rusiya Xarici İşlər Nazirliyinə inamın aşağı səviyyədə olmasıdır.

Sergey Lavrov avropalı diplomatlarla görüşün Rusiyada keçiriləcək prezident seçkilərinə həsr olunmalı olduğunu deyib. Lavrovun sözlərinə görə, lakin planlaşdırılan tədbirdən iki gün əvvəl Xarici İşlər Nazirliyinə səfirlərin görüşə gəlməyəcəyi ilə bağlı mesaj gəlib. "Planlaşdırılan tədbirdən iki gün əvvəl bizə məlumat göndərdilər. Səfirləri akkreditə olunduğu ölkənin naziri ilə görüşə gəlməkdən qorxan dövlətlərlə diplomatik səviyyədə münasibətləri təsəvvür edə bilərsinizmi? Bu harada görülüb? “- Lavrov Soçidə Ümumdünya Gənclər Festivalı çərçivəsində keçirilən müzakirədə bildirib.

Nazir qeyd edib ki, o, səfirlərlə görüşdə Aİ ölkələrinin Moskvadakı səfirliklərinin prezident seçkilərinə özlərinin “hazırlaşdıqları” barədə XİN-də topladığı məlumatları, xüsusən də, guya onların bu seçkiləri keçirmək niyyətində olduqlarını müzakirə etmək istəyib.

Avropa İttifaqının Rusiyadakı Daimi Nümayəndəliyi RBC-yə təsdiqləyib ki, Rusiya Xarici İşlər Nazirliyi tədbirə avropalı səfirləri dəvət edib, lakin imtinanın səbəbi “son dərəcə aşağı etimad səviyyəsi” və dəvətdə gündəmlə bağlı təkliflərin olmamasıdır.

“Bizi Aİ ilə Rusiya arasında münasibətləri müzakirə etməyə dəvət etdilər, lakin indi nazir Lavrov deyir ki, söhbət bizə mühazirə oxumaqdan gedirdi. Bu, bizim dəvəti rədd etməkdə haqlı olduğumuzu sübut edir”, - Aİ nümayəndəliyi əlavə edib.

Nümayəndəlik qeyd edib ki, mənfi reaksiyaya fevralın 16-da rusiyalı müxalif siyasətçi Aleksey Navalnının koloniyada ölməsi və Aİ-nin onun ölümünün səbəbləri ilə bağlı müstəqil beynəlxalq araşdırma aparılması çağırışlarına məhəl qoyulmaması təsir edib./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR