İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfir Qüdsi Osmanov Rumıniyanın prezidenti ilə görüşdü, etimadnaməsini təqdim etdi - FOTO

649 23.01.2024 10:10 Siyasət A A

Musavat.com xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Prezidenti Klaus İohannisə etimadnamələrini təqdim edib.

Bu barədə Rumıniya prezidentinin saytında xəbər yayılıb. Prezident Klaus İohannis Azərbaycan Respublikasının səfiri ilə söhbətində yüksək səviyyəli görüşlərdə əksini tapan ikitərəfli strateji tərəfdaşlıq əlaqələrini alqışlayıb.

Rumıniya Prezidenti iki ölkə arasında mövcud yüksək potensiala əsaslanan həm siyasi, həm də iqdisadi, xüsusən enerji sahəsində, həmçinin nəqliyyat, təhsil, ticarət və sərmayələr sahəsində dialoqun gücləndirilməsinin vacibliyini qeyd edib.

Musavat.com 

1385575e-0f0d-483c-9c24-c2cffe2b3e6c.jpg (110 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR