İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki böyük bayram əhval-ruhiyyəsində keçəcək- ŞƏRH

744 07.12.2023 13:29 Siyasət A A

“Yalnız özünə güvənən güclü liderlər növbədənkənar seçkilərə gedə bilərlər. Müddətin bitməsinə xeyli qalmış bu addımın atılması həm də Azərbaycan Prezidentinin iradəsinin, qətiyyətinin, prinsiplərinin və bütövlükdə Azərbaycan xalqı, dövləti ilə bağlı gələcəyə olan baxışının ifadəsi kimi dəyərləndirilə bilər. Qənaətimə görə, seçki böyük bayram əhval-ruhiyyəsində keçəcək. Bu, sıradan seçki olmayacaq. Tariximizə düşəcək, əbədiyyətə qədər qalacaq seçki olacaq. Səbirsizliklə prosesin başlamasını gözləyirəm”.

Bu fikirləri Musavat.com-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və anti-terror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə bərpa olunması ilə regionda, o cümlədən bütövlükdə ölkəmizdə yeni reallıqlar yaranıb:

“Əvvəla Azərbaycan bütövləşib. Bu, təkcə, müstəqillik dövrümüzün deyil, tarixin önəmli səhifələrindən biridir. Azərbaycan separatizmin kökünü kəsə bilib. Bu reallıq müasir Azərbaycanda tamamilə yeni mənzərə formalaşdırıb. Azərbaycan xalqının milli iradəsi hər zaman aşkar olub. Yenidən bu iradənin ifadə olunması bizim gələcəyə baxış bucağımızın, Azərbaycanın gələcəyi ilə bağlı strategiyanın dəstəklənməsinin növbəti nümayişi, vahid mövqeyimizin ifadəsi olacaq. Bunu həm də bütöv Azərbaycanın milli iradəsinin təntənəsi kimi qəbul etmək olar”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR