İnsanlara hürriyət, millətlərə istiqlal!

Sebastyan Fettel: "Bakıya qayıtmaq çox gözəldir"

374 08.06.2022 17:10 İdman A A

"Bakıya qayıtmaq çox gözəldir".

"Report"un məlumatına görə, bunu "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Aston Martin" komandasının pilotu Sebastyan Fettel Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

35 yaşlı sürücü ötən il Bakıdakı yarışda ikinci yeri tutaraq ilk dəfə podiumda yer aldığını xatırladıb: "Ona görə də bu, mənim üçün çox xüsusi mərhələdir. Sürətli və düz döngələri birləşdirən trasda yeni nəsil avtomobillərin necə çıxış etmələri maraqlı olacaq. İstənilən halda, Azərbaycanda yenidən sükan arxasına keçməyə hazıram".

"Aston Martin"in digər pilotu Lans Stroll da yarışa hazır olduğunu vurğulayıb: "Komandamın uğurlarına baxmayaraq, ötən il Bakı mərhələsi mənim üçün çətin alınmışdı. Düzünə sürətli və ləng dövrələrin cəmi bolidlərin köklənməsində kompromis axtarmağa vadar edir. Amma buna tamaşa etmək maraqlıdır. Görək, bu həftəsonu hansı nəticələr əldə edəcəyik".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR