İnsanlara hürriyət, millətlərə istiqlal!

"Səbail"in kapitanı oyunda huşunu itirdi, xəstəxanaya aparıldı

717 03.11.2023 20:30 Hadisə A A

"Səbail"in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirib.

Hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.

Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

Qeyd edək ki, birinci hissəsi başa çatan matçda "Turan Tovuz" 1:0 hesabı ilə öndədir.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR