İnsanlara hürriyət, millətlərə istiqlal!

Şavkat Mirziyoyev daha bir avtomobil zavodu tikməyi təklif edib

1269 10.04.2023 13:15 Son xəbər A A

Özbəkistanın Sırdərya vilayətində avtomobil zavodu tikilə bilər.

Musavat.com Özbəkistan mediasına istinadla bildirir ki, bu təkliflə respublika prezidenti Şavkat Mirziyoyev çıxış edib.

Məlumata görə, dövlət başçısının çıxışının müvafiq kadrları Özbəkistanın “Özbəkistan 24” telekanalında dərc olunub. Şavkat Mirziyoyev paytaxtdan uzaqda yerləşən Sırdəryada niyə avtomobillərin istehsal olunmaması ilə maraqlanıb.

“Gəlin, yaxşı bir Çin zavodunun əsasını qoyaq. Avtomobil zavodları nə qədər çox olsa, qiymət bir o qədər aşağı, keyfiyyət isə o qədər yüksək olar. Biz bunu edə bilərik? Təbii ki, bacarırıq”, - deyə prezident bildirib.

Medianın məlumatına görə, Özbəkistanda vətəndaşlar əsasən "Chevrolet" markalı avtomobillərini idarə edirlər. Lakin son illər özbəklər başqa markalı xarici avtomobillərə üstünlük verirlər. Böyük şəhərlərdə onların sayı nəzərəçarpacaq dərəcədə artıb. Baha olmasına baxmayaraq, vətəndaşlar xarici avtomobillərin yerli avtomobillərdən daha rahat və sərfəli olduğuna inanırlar.

Bundan əvvəl bildirilmişdi ki, Qazaxıstanda “Allur Şirkətlər Qrupu” Cənubi Koreya istehsalçısı “Kia Corporation” ilə birlikdə Kostanayda "Kia" avtomobillərinin istehsalı üzrə zavodun tikintisinə başlayacaq.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR