İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişeldən MÜHÜM AÇIQLAMA: “Yaydan sonra...”

1320 15.07.2023 20:34 Son xəbər A A

“Yaydan sonra Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün keçirilməsi planlaşdırılır”.

“Report”un Brüsselə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər oktyabrda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə paralel olaraq yaydan sonra Brüsseldə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, bugünkü görüş zamanı iki ölkə liderləri həmçinin sülh sazişinin əldə edilməsi üçün danışıqların intensivləşdirilməsi, habelə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması üzrə işlərin aparılması barədə razılığa gəliblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR