İnsanlara hürriyət, millətlərə istiqlal!

Şarl Mişel Gürcüstanda baş verən hadisələrdən DANIŞDI

717 08.03.2023 17:47 Gündəm A A

“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin açarıdır”.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR