İnsanlara hürriyət, millətlərə istiqlal!

Şanlı tarixin 33-cü ili

748 20.01.2023 08:00 Gündəm A A

20 Yanvara aparan yol azərbaycanlıların Ermənistandan deportasiyasından başlayıb

1990-cı il 20 Yanvar faciəsindən 33 il keçir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində xalqımıza qarşı törədilmiş bu faciəsi Azərbaycanın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən birini təşkil edir. Bu faciənin kökü ermənilərin Azərbaycana qarşı torpaq iddialarına gedib çıxır.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən erməni şovinistlərinə qarşı heç bir tədbir görməyən keçmiş SSRİ hakimiyyəti əslində ermənilərin cinayətlərinə göz yumurdu. Belə bir şəraitdə Azərbaycan xalqı öz haqlı etiraz səsini ucaltmağa başladı. 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. Bu qanlı faciə insanlığa qarşı törədilən bir cinayət olmaqla yanaşı, Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. 20 Yanvar faciəsi Azərbaycanın milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpasında mühüm dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı daha da güclənərək dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyə qovuşmasında görüb. 20 Yanvar faciəsi siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir.

20 yanvar hadisələrindən 27 il ötür — Faciənin yaranma səbəbləri, baş verən  hadisələr və nəticələri |

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Qanlı yanvar hadisələrinin coğrafiyası təkcə Bakı şəhəri ilə məhdudlaşmadı. Ölkənin digər rayonlarında, o cümlədən  yanvarın 25-də Neftçala, yanvarın 26-da isə Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi.

20 Yanvar -

Faciədən dərhal sonra-1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib. Ulu öndər SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Heydər Əliyev Azərbaycan xalqına qarşı bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçıların, günahkarların adını bütün dünyaya bəyan etdi.

20 Yanvar və matəm - arxiv şəkilləri - BBC News Azərbaycanca

Beləliklə, SSRİ səviyyəsində məhz Heydər Əliyev ilk dəfə olaraq 20 Yanvar faciəsinə siyasi qiymət verdi, faciədə əli olanların, əsas günahkarların adını çəkdi, Azərbaycana qarşı aparılan xəyanətkar siyasətin mahiyyətini açıqladı və təqsirkarların Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyacağını bəyan etdi. Heydər Əliyevin bu bəyanatı faktiki olaraq o vaxta qədər Azərbaycanda SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində nümayiş etdirdiyi siyasətə etiraz edən və mərkəzdən “ədalətli qərar” tələb edən kortəbii xalq hərəkatının mütəşəkkilləşərək müstəqillik uğrunda milli azadlıq hərəkatına keçidi üçün əsas oldu və respublikada ciddi ümummilli mübarizə ovqatı yaratdı.

Heydər Əliyev çıxışlarında bildirirdi ki, 20 Yanvar hadisələrinə aparan yol Ermənistandan azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsi hadisələrindən və Qarabağın Azərbaycandan qoparılması cəhdlərindən başlamışdı.

Bu barədə Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı “Yeni Müsavat”a bildirdi ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasından başlayıb. 1988-ci ildə Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kv.km.) 25 faizini, təqribən 7.5 min kv. km-ni təşkil edirdi. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından-Ermənistandan növbəti deportasiyası baş verdi, nəticədə 250 min azərbaycanlı tarixi ata-baba yurdlarından zorla köçürüldü, qaçqın düşdü.

20 YANVAR FACİƏSİ

Deportasiya sərt formada aparılırdı-azərbaycanlılar ev-eşiklərindən zorla çıxarılır, döyülür, təhqir edilirdilər. Bu deportasiya prosesi zamanı azərbaycanlılar ermənilər tərəfindən qətlə yetirilmişdi. SSRİ rəhbərliyi isə bu hadisələrə görə Ermənistanı cəzalandırmaq əvəzinə azərbaycanlılara qarşı hücumlara həvəsləndirirdi: “Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etirazları başladı. Etiraz dalğası get-gedə böyüdü. Xalqın etirazlarının genişləndiyini görən SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında sovet qoşunlarının Azərbaycana yeridilməsi və güc yolu ilə xalq etirazlarının qarşısının alınması əmrini verdi.  20 Yanvarla sovet rəhbərliyi Azərbaycan xalqının iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu.

Bu gün məktəb direktorlarının bir çoxu öz yerində deyil - Musa Qasımlı

Musa Qasımlı

Lakin SSRİ rəhbərliyinin Azərbaycanda həyata keçirdiyi qanlı cinayət Azərbaycan xalqının gözünü qorxutmadı və əks-effekt verdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu epoxal hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız Azərbaycanın müstəqilliyinə nail olunmasında gördü. 20 Yanvar hadisələri SSRİ adlı imperiyanın dayaqlarını sarsıtdı, ona qarşı xalqda birmənalı qəzəb yaratdı.

20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı, 1990-cı il martın 24-də Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı.

20 Yanvar hadisələrinə necə yanaşılmalıdır - 20.01.2017, Sputnik Azərbaycan

Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Sonra isə Xocalı soyqırımı həyata keçirildi. 613 nəfər öldürüldü, minlərlə dinc sakin yaralandı, girov götürüldü, işgəncələrə məruz qoyuldu. Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır.

8 noyabr - Zəfər Günüdür

Lakin bütün qırğınlara, işgəncələrə baxmayaraq Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, müstəqilliyinə nail oldu, müstəqil dövlətini gücləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfərlə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi Qərbi Azərbaycana qayıdışımızın da mütləq reallaşcağına inam yaradır. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası ilə başlanan proseslərin Qərbi Azərbaycana qayıdışla yekunlaşacağı gün uzaqda deyil.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR