İnsanlara hürriyət, millətlərə istiqlal!

Sankt-Peterburqda DƏHŞƏTLİ PUA SAVAŞI: Qubernatordan əhaliyə ÇAĞIRIŞ

443 06.06.2026 11:49 Dünya A A

Rusiyanın şimal paytaxtı Sankt-Peterburq şəhəri və ətraf vilayətlər pilotsuz uçuş aparatlarının (PUA) görünməmiş kütləvi hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, şəhər administrasiyasının rəhbəri Aleksandr Beqlov rəsmən genişmiqyaslı PUA hücumunun baş verdiyini elan edərək yerli sakinləri qətiyyən küçəyə çıxmamağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Eyni zamanda, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko region səmasında rekord sayda – düz 86 ədəd dronun vurulduğunu iddia edib.

Rusiya tərəfi hücumun miqyasını gizlətməyə çalışsa da, Ukraynanın monitorinq kanalları və hərbi mənbələri strateji hədəflərin darmadağın edildiyini bəyan ediblər. Məlumata görə, Sankt-Peterburqun tərkibinə daxil olan mühüm Kronştadt hərbi limanına və Bolşaya İjorada yerləşən Rusiya Hərbi Dəniz Qüvvələrinin 15-ci arsenalına birbaşa və dəqiq zərbələr endirilib.

Qeyd olunur ki, hədəf alınan hər iki strateji obyekt Rusiya Silahlı Qüvvələrinin Baltik Donanmasının təhlükəsizliyini və təchizatını birbaşa təmin edən ən kritik nöqtələrdir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR