İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden hara yoxa çıxıb, sağdır? - İlon Maskdan müəmmalı paylaşım

297 01.08.2024 18:21 Dünya A A

Amerikalı iş adamı və milyarder İlon Mask sosial şəbəkələrdə ABŞ prezidenti Co Baydenin harada olduğu ilə bağlı suallara diqqət çəkib.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, "X" sosial şəbəkə istifadəçisi paylaşımında ABŞ prezidentinin hara yoxa çıxdığını və onun sağ olub-olmadığını soruşub. "Bayden sağdırmı? Demək istəyirəm ki, onun yarışdan kənarda olduğunu bilirəm... amma o, hələ də prezidentdir. O haradadır?" - istifadəçi yazıb.

Mask bu postu çiyinlərini çəkən insan emojisi ilə cavablayıb.

Sosial şəbəkələrdə də isə sui-qəsd nəzəriyyəsi ortaya çıxıb. İddia olunur ki, Bayden prezidentlik yarışını tərk etdikdən sonra dublyorla əvəz oluna bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR