İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağa, Zəngəzur dəhlizi xatalıdır, yoxsa “Zvartnots” hava limanı?

560 01.08.2024 18:40 Yazarlar A A

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda, gecəyarısı yatdığı iqamətgahda raket zərbəsi ilə öldürülməsindən sonra bölgədə gərginlik pik həddədək qalxıb. İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gələn qonağının raket zərbəsi ilə qətlə yetirilməsindən sonra üç günlük matəm elan edən İran rəhbərliyi qisas alacağını bəyan edib. Ancaq necə? Bundan əvvəl də İrana bənzər hücumlar olub, Suriyadakı konsulluğunun vurulmasından tutmuş, Qasım Süleymaninin öldürülməsinədək, qisas hədəsi hədəfinə çatıbmı?

İstisna deyil ki, İranı böyük müharibəyə çəkmək planı var masada. Budur, ABŞ İsrailin İran və Livana aviazərbələrindən sonra yarana biləcək hərbi eskalasiyanı nəzərə alaraq, Yaxın Şərq regionu, Körfəz və Aralıq dənizi akvatoriyasına ümumilikdə 12 ədəd hərbi gəmi göndərib. Pentaqon bununla İran tərəfinin mümkün hücumuna cavab olaraq qabaqlayıcı addımlar atır.  İsmayıl Haniyənin ardınca “Hizbullah”ın Livandakı hərbi qanadının lideri Fuad Şükrün və digər bir neçə önəmli şəxslərin qətlə yetirilməsindən sonra İsrail-İran müharibəsinin “qapının ağzında” olduğu ehtimalı daha da ciddi görünür.

HƏMAS liderinin öldürülməsi nəyə gətirib çıxara bilər?

İran isə...HƏMAS liderinin qətlə yetirilməsindən bir neçə saat sonra İranın ali dini lideri Ayətullah Əli Xamenei Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etmişdi. Görüş zamanı dini lider Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğunu və İranın bu məsələdə qəti mövqeyini bir daha təsdiq etdiyini demişdi.

Bununla kifayətlənməyən Əli Xamenei X səhifəsində həm farsca, həm türkcə, həm də azərbaycanca “İran İslam Respublikası Zəngəzur dəhlizinin Ermənistan üçün zərərli olduğuna inanır və biz bu məsələ ilə bağlı dəyişməz mövqeyimizi bir daha təsdiqləyirik,” yazdı.

Rəisinin sağ qalma ehtimalı yoxdur? Xameneyi duaya çağırdı

İRNA - İranın dövlət xəbər agentliyinin məlumatında bildirilirdi ki, iyulun 30-da Paşinyanı qəbul edən Ayətullah Xamenei İrəvanla münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını deyib. “İki ölkə arasında əməkdaşlıq başqalarının siyasətindən asılı olmayaraq, müəyyən edilmiş qarşılıqlı maraqlar əsasında intensiv şəkildə davam edəcəkdir”, Xamenei vurğulayıb.

Biz nə deyirik ki? Olsun. Əslində Azərbaycan nəinki İran-Ermənistan münasibətlərinin normal məcrada davamını istəyir, hətta İrəvanın nəhayət, Türkiyə və Azərbaycana qarşı da – o cümlədən Gürcüstana - ərazi iddialarından əl çəkməsini, konstitusiyasını dəyişməsini, əlaqələrin qurulmasını, münasibətlərin təzə sətirdən, abzasdan başlanmasını istəyir. Azərbaycan dövlətinin başçısı regionda əbədi sülhün və təhlükəsizliyin bərqərar olunması naminə 3+3 formatlı əməkdaşlığı təklif edib. Yəni biz hansısa ölkələrin normal münasibətlərinə, əlaqələr qurmasına, qarşılıqlı körpülər atmasına qarşı deyilik. Amma lütfən, Azərbaycanın da işlərinə müdaxilə etməsinlər!   

İranın dini lideri deyir Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır. Bu, belədirmi? Qəti şəkildə yox! Əksinə, Ermənistanın dalandan çıxarılması baxımından ən birinci layihə məhz Zəngəzur dəhlizinin bərqərar olmasıdır. Elə bir neçə gün əvvəl 500-dən artıq erməni maşını Yuxarı Lars buraxılış keçid məntəqəsində ilişib qalmışdı. İlin bir neçə ayında bənzər vəziyyət yaranır. Amma Zəngəzur dəhlizi açılsa, Azərbaycan özünün Naxçıvan bölgəsi ilə quru əlaqəsini təmin edə bilər, həmçinin Türkiyə ilə maneəsiz gediş-gəliş imkanı yaranar, eyni zamanda Ermənistana məxsus yük maşınları müvafiq anlaşmalara uyğun olaraq Azərbaycan ərazisindən üzü Rusiyaya istiqamət götürərlər, daha taleləri qara buluddan asılı qalmaz. İndi İran rəhbərliyi desin, Zəngəzurun Ermənistana nə ziyanı var?

Göyçə-Zəngəzur Respublikası” bəyanat yaydı

Hə, tehrandakılar açıq etiraf etmirlər ki, biz Ermənistanı ayağımıza bağladığımız üçün ona əlavə şans tanımaq istəmirik, kənara getməsinə izn vermirik. Elə Qafandakı baş konsulluq oyunu da bu niyyətin tərkib hissəsi idi. Amma ermənistandakılar da reallığı düzgün qiymətləndirə bilmirlər, onların bədbəxtçiliyi budur.

Nikol Paşinyana zaman ayıran İranın ali dini rəhbəri Tehranda səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədovla görüşməyib. Bəlkə də görüşsəydi, baş nazirimiz Zəngəzur dəhlizi ilə bağlı reallıqları bir daha xatırladardı. Yeri gəlmişkən, Azərbaycan Prezidenti may ayında İranın Azərbaycandakı səfirliyində olarkən İbrahim Rəisi ilə görüşü barədə olduqca vacib açıqlamalar vermişdi. Kim bilir, bəlkə prezidentlərin anlaşdıqları məsələlərlə bağlı ali dini liderə lazımi məlumatlar verilməyib və bu məlumatların çatdırılmasına maneçiliklər səbəbindəndir Azərbaycanın baş naziri ilə görüşə şərait yaradılmayıb?..

Nikol Paşinyanın növbəti riyakarlığı da nəticə vermədi

“İran İslam Respublikası Zəngəzur dəhlizini Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmağa davam edəcək”, - paylaşımı edən dini lider nədənsə Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələrinin 32 ildən sonra İrəvanın “Zvartnots” keçid məntəqəsindən çıxması ilə bağlı paylaşım etmədi. Məsələ burasındadır ki, Zəngəzur dəhlizinin bərqərar olunmasını İrana təhlükə görən rəsmi Tehran nədənsə rus sərhədçilərin “Zvartnots”dan gedişindən sonra bu hava limanına kimlərin enəcəyi, nələrin daşınacağına fikir vermir. Elə bu günlərdə məlumat yayıldı ki, Fransadan “Zvartnots”a naməlum yüklər daşınmağa başlayıb. Yoxsa İranda hesab edirlər ki, Fransadan Ermənistana kim gələcəksə, nə gətirəcəklərsə, ancaq Azərbaycan əleyhinə olacaq. Xeyr, əzizim, Azərbaycan məsələsi planın görünən tərəfidir, alt qatda İrana qarşı əməliyyat var. Bir azdan nəinki Fransadan, ABŞ-dən, digər NATO ölkələrindən, Avropa İttifaqına üzv dövlətlərdən də intensiv yüklər və şəxsi heyət daşınacaq, “Zvartnots” “su yolu”na dönəcək. Belə olduğu təqdirdə İran rəhbərliyi desin, görək sülh və əbədi təhlükəsizliyi özündə ehtiva edəcək Zəngəzur dəhlizinin bərpa olunması onunçün qorxuludur, yoxsa Rusiyanın nəzarətindən çıxarılmış, guya Ermənistanın nəzarətinə verilmiş, əslində isə Fransa və ABŞ-nin İrəvandakı şəbəkələrinin tabeçiliyinə keçmiş “Zvartnots”?!

Prezident ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”  beynəlxalq forumunda iştirak edib - YENİLƏNİB-1

Bu yerdə zəruri xatırlatma: aprelin 23-də ADA Universitetindəki beynəlxalq forum zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı olduqca vacib məqamlardan bəhs etmişdi. Bildirmişdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda Zəngəzur məsələsi açıq şəkildə əks olunub. Sitat: “Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar nə edirlər? Onlar, sadəcə olaraq, Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir. Üçtərəfli Bəyanatın necə imzalanması ayrı söhbətin mövzusudur. Şəraitin necə olduğunu da hər kəs bilir. Amma Ermənistan baş nazirinin imzası var idi və buna hörmət edilməlidir. Görəndə ki, proses dayandı, biz faktiki olaraq başqa bir variant axtarmalı olduq və onu tapdıq. Biz İran tərəfi ilə məsləhətləşmələrə başladıq və İran ərazisindən, daha dəqiq desək, Araz çayının cənub hissəsindən keçid yolu yaratmaqla bağlı razılığa gəldik. Nəqliyyat üçün bizim cəmi iki körpüyə və ola bilsin dəmir yolu üçün iki əlavə körpüyə ehtiyacımız var. Yeri gəlmişkən, avtomobil körpülərinin inşasına başlanılıb. Orada hətta Azərbaycandan və İrandan yüksək vəzifəli rəsmilərin iştirakı ilə təməlqoyma mərasimi keçirildi. Sonda nə olacaq? Ermənistan uduzacaq. Onlar qovşaq olmaq istəyirlər, onu sülh qovşağı adlandırırlar. Amma sülh qovşağına çevrilmək üçün, ilk növbədə, onlar bizimlə razılaşmalıdırlar. Çünki əgər Azərbaycan buna razılıq verməsə, bu, sadəcə, bir kağız parçası və ya bəyanat olacaq. Bizimlə razılaşma olmadan bu, tamamilə faydasızdır. Əfsuslar olsun ki, onlar bunu regiondan çox uzaqda yerləşən müxtəlif ölkələrlə müzakirə etməyə çalışırlar. İşə gələndə isə bunu bizimlə müzakirə etmək istəmirlər. Bizim mövqeyimiz çox aydındır. Üçtərəfli Bəyanata hörmət edilməlidir”.

Azərbaycan sərhədçiləri bu tarixdə azad edilən kəndlərdə...

Prezidentin çıxışından daha bir zəruri xatırlatma: “Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir. Əgər onlar bəzi səbəblərdən indi Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin olmağını istəmirlərsə, onlar bunu deməlidirlər. Lakin bir daha deyirəm, onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər. Onlar heç vaxt tranzit ölkə olmayıblar, mən müstəqil ölkə kimi nəzərdə tuturam və heç vaxt olmayacaqlar. Çünki sülh qovşağı ilə bağlı bütün bu fərziyyələr Azərbaycan olmadan qətiyyən real deyil. Əgər düşünürlər ki, kimsə gəlib İrandan Ermənistana və Gürcüstana dəmir yolu inşa edəcək, onlar elə birini tapmalıdırlar ki, kim bilir bəlkə də hansısa səbəbə görə 5-7 milyard ABŞ dolları xərcləsin. Halbuki İran ilə Azərbaycan arasında quru əlaqəsi var, Şimal-Cənub Nəqliyyat Dəhlizi tikilir və Azərbaycanla Gürcüstan arasında dəmir yolu əlaqəsi mövcuddur. Hər halda, gələcəklərini necə planlaşdırmaq onların öz işidir”.

Dövlətimizin başçısı qeyd edib ki, gələn il biz işğal dövründə ermənilər tərəfindən sökülmüş, Füzulidən Zəngilana gedən dəmir yolunun inşasını tamamlamağı planlaşdırırıq. Sitat: “Demək olar ki, hazırdır. Bundan sonra avtomobil körpüsü ilə yanaşı, biz İrana və oradan geriyə Naxçıvana dəmir yolu körpüsü tikməyi planlaşdırırıq. Bu, bizə və digər ölkələrə bu yoldan Fars körfəzinə daşımalar üçün istifadə etməyə imkan verəcək. Çünki bu, Şimal-Cənub nəqliyyat marşrutunun daha bir genişlənməsi olacaq. Çünki Ermənistandan yan keçməklə Naxçıvana gələcək, sonra genişlənmə Culfa vasitəsilə İrana və İranın dəmir yoluna doğru olacaq. Eyni zamanda, Naxçıvanla Qars arasında dəmir yolu əlaqəsinin qurulmasına dair plan var ki, Türkiyə hökuməti bunu artıq elan edib. Bu, həm də Şərq-Qərb nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Bizim hazırda Zəngilana çəkdiyimiz dəmir yolu ilə daşımaların bugünkü həcmi 5 milyon tona yaxındır. Əgər daha çox yükün olduğunu görsək, o, genişləndirilə bilər. Sözsüz ki, Azərbaycan dünya okeanına birbaşa çıxışı olmadan regional nəqliyyat mərkəzi kimi öz mövqeyini gücləndirəcək. Ermənistan isə 30 ildən çox müddətdə olduğu kimi, dalan olaraq qalacaq”.

Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Naxçıvan və Rusiya ilə...

Prezident onu da demişdi ki, biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük: “Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Potensial qaydada, o, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq. Yəni, qaz Naxçıvana İran vasitəsilə gedir. Hazırda biz digər boru kəmərini çəkirik. Türkiyədən Naxçıvana gedən kəməri maliyyələşdiririk və o yolla Azərbaycan qazı nəqil olunacaq. Lakin bu, sol qulağınızı sağ əl ilə qaşımağa bənzəyir. Əgər o, Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq. Bir çox digər məsələlər də bu cür çözülə bilər. Bilirəm ki, Ermənistan Qara dənizin dibi ilə çəkiləcək kabelə qoşulmaq istəyir, çünki o, əlavə enerji imkanlarını yaradacaq. Lakin onlar Azərbaycanla münasibətləri səliqə-sahmana salmadığına görə qoşula bilmirlər. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan kimi dörd ölkə var və Bolqarıstan da qoşulmaq üzrədir. Beləliklə, başqa yol yoxdur və bu, konsensus əsasında olan qərardır. Bu səbəbdən sülh sazişi başlanğıc nöqtəsidir”.

Və...cənab Prezidentin bu gün üçün də aktual olan sualı: “Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”.

İrəvan Zəngəzur üzərində nəzarəti itirir - Ermənistan sektorlara bölünəcək

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dediklərini bu qədər geniş şəkildə təkrarlamaqda fayda var. Tehranda da, Ermənistanda da təkrar oxusunlar və özlərinə sual versinlər: doğrudan da Zəngəzur kimə neyləyib? Yaxud Zəngəzur dəhlizi kimə ziyan vuracaq? Ümumiyyətlə, yolun açıq olması niyə ziyanlı olmalıdır axı? İrana qarşı hər an gözlənilən hərbi əməliyyatlar fonunda Zəngəzur dəhlizi elə İranın özünə də nicat yolu ola bilər. Təsəvvür edin, günün birində cənub qonşumuz müharibəyə cəlb olunur və Araz çayı üzərindən tikilən layihə də sual altına düşür. İtirən təkcə Azərbaycanmı olacaq? Təbii ki, yox. Amma Zəngəzr dəhlizi açılacaqsa, İran da bu dəhlizdən yararlanacaq. İndiki halda isə ABŞ ilə birgə hərbi layihələri reallaşdıran, Fransa silahlarının poliqonuna çevrilən Ermənistanın “gəlir-çıxarı”nın hayına qalmaqdansa, öz ərazisindən üçüncü ölkəyə qarşı istifadəni birmənalı qəbul etməyən müsəlman qonşusunun təşəbbüslərinə dəstək verməsi onun özünə də faydalıdır. Yenə də gec deyil...

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR