Samuxda ağır yol qəzası zamanı üç nəfər həlak olub.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, ölənlərdən ikisi - Samir Əhmədov və Fəridə Əhmədova ər-arvaddır.
Həlak olan üçüncü şəxs isə onların qohumu Aqilə Alıyevadır.
Qəza zamanı vəfat edən ər-arvadın 17 yaşlı övladları Əhməd Əhmədov və avtomobillərdən birinin sürücüsü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Vəfat edən şəxslərin fotolarını təqdim edirik:










