İnsanlara hürriyət, millətlərə istiqlal!

Samiraldo ÜZƏ ÇIXDI: "...mənim dəftərim bağlandı" - FOTOLAR

2188 02.09.2022 15:31 Şou-biznes A A

"5 ildir ki, xəstəliyimlə bağlı stilistikanı atmışam. Mən indi oxuyuram, şoumenəm. Gözəl məclislərə gedirəm, açılışlar edirəm. Stilistikaya qayıtmaq fikrim yoxdur".

Bunu Musavat.com-a keçmiş stilist Samiraldo deyib.

"Mənim 46 yaşım var. Bu sənətin 40 il ömrü var. 40 ildən sonra tələbələrin olur. Sosial şəbəkələrdə, xüsusilə İnstaqramda aktivəm. Reklamlardan pul qazanıram. Qazancım məni qane edir. Digər tərəfdən isə müflisəm. Məni çox incidirlər. Mənə hər yerdə qadağalar qoyublar. Efirə buraxmırlar. ANS bağlandı, mənim dəftərim bağlandı. Məndən yazsalar da, yazmasalar da həmişə diqqətdəyəm, insanlar məni sevir. Müğənniliyə başlayanda elə bilirdim ki, insanlar məni qəbul etməyəcək. Amma mənim mahnılarım dillər əzbəridir, trendə düşür. Ona görə də məni məclislərə çağırırlar. Mən buna görə çox xoşbəxtəm. Mən tək insanam deyə hər şeyə özüm nail oluram. İstirahət etsəm, bütün işlərim dayanar. Müştərilərim məndən yeniliklər gözləyirlər", - Samiraldo qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR