İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda yol qəzası olub, bir ailənin üç üzvü yaralanıb

549 02.11.2022 17:20 Hadisə A A

Şamaxı şəhərində ikisi azyaşlı olmaqla üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Seyid Əzim Şirvani prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü 59 yaşlı Cəbrayılov Babasən Sahabcan oğlu, onun 7 yaşlı oğlu Sahabcan Cəbrayılov və 9 yaşlı oğlu İbrahim Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şamaxı Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR