İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıda dağlıq ərazi yanır- VİDEO YENİLƏNİB

621 17.08.2023 16:53 Son xəbər A A

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Musavat.com-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğın hadisəsi ilə bağlı daha bir məlumat yayıb.

Bildirilib ki, məlumat verildiyi kimi, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Ümumilikdə, 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR