İnsanlara hürriyət, millətlərə istiqlal!

Samarada deputatın peysərindən daşla vuran miqrantların həbsi tələb olunur

476 19.07.2024 12:42 Dünya A A

Samara vilayətində müstəntiqlər məhkəmədən Dövlət Dumasının deputatı Mixail Matveyevə hücum edən üç miqrantın həbs edilməsini xahiş ediblər.

Musavat.com xəbər verir ki, bu barədə Lenta.ru-ya idarədən məlumat verilib.

Hücum əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə cinayət işi açıb. Azyaşlı da daxil olmaqla hər üç iştirakçı saxlanılıb.

İyulun 18-də Matveyev və sürücüsü dəyənək və daşla silahlanmış bir qrup miqrantın yoldan keçənlərə hücum etdiyini görüblər. Deputat bildirib ki, onlar xuliqanların qarşısını almaq qərarına gəliblər. Millət vəkili maşından düşən kimi dərhal peysərindən daş zərbəsi alıb.

Qeyd edək ki, hazırda Rusiyanın, demək olar ki, bütün şəhərlərində miqrantlara qarşı “ov” gedir. Onları çox zaman adi küçədə getdikləri yerdə saxlayır, təhqir edirlər. Mühacirlər özlərini müdafiə etmək istəyəndə isə polis işə qarışır, onları bölməyə aparır, protocol yazır, federasiyadan deportasiya etmək barədə qərarlar çıxarırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR