İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakiraya xəyanət edən Pike komanda yoldaşının bacısı ilə birlikdə - Foto

2109 21.08.2022 19:13 Şou-biznes A A

 Jerar Pike ilə Şakira arasında uzun müddət davam edən eşq macərası aldatma iddialarından sonra bitib.

Musavat.com xəbər verir ki, dünyaca məşhur cütlüyün ayrılıq prosesində qalmaqallı iddialar ortaya atıldı. Əvvəlcə Jerard Pikenin komanda yoldaşı Qavinin anası ilə birlikdə olduğu iddia edilsə də, bu iddialar cavabsız qaldı.

İspan futbolçu bu dəfə "Barselona"dan olan komanda yoldaşının bacısı ilə görüntülənib. Belə ki, Jironada keçirilən festivalda fotoları çəkilən ulduz futbolçunun yanında olan qadının komanda yoldaşı Ferran Torresin bacısı Klara Torres olduğu üzə çıxıb.

Qeyd edək ki, Şakira və Jerard Pike 10 il idi ki, Barselonada birlikdə yaşayırdılar. Cütlüyün Milan və Saşa adlı iki övladı var.

Bir müddət əvvəl “Barselona” klubunda oynayan Pikenin komanda yoldaşının anası ilə Şakiraya xəyanət etdiyi ortaya çıxmışdı. Daha sonra isə futbolçu Stokholumda məclislərin birində sarışın bir qadınla görünmüşdü.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR