ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faiz tarif tətbiq edib.
Musavat.com xəbər verir ki, müvafiq fərman Ağ Evin İnternet saytında dərc olunub.
Sənəddə qeyd olunur ki, bu addım "Kanadada Amerika məhsullarına qarşı ayrı-seçkiliyə cavabdır": "Söhbət Kanada mallarının bütün çeşidinə - şərabdan xokkey çubuqlarına və sementə qədər 50 faiz tariflərdən gedir".
Sənədə əsasən tariflər enerji, kalium, balıq və nadir torpaq metallarına şamil edilməyəcək.
Yeni tədbirlər həmçinin artıq tariflərə məruz qalan müəyyən mallara da təsir etməyəcək.
Musavat.com






