Əfsanəvi macar şahmatçısı Judit Polgar Baş nazir Peter Macarın prezidentliyə namizəd olmaq təklifini rədd edib.
Musavat.com Euronews-a istinadən xəbər verir ki, Polqar sosial hesabında etdiyi paylaşımda dərin bölünmüş cəmiyyəti birləşdirmək məsuliyyətini öz üzərinə götürməyə hazır olmadığını bildirib:
"Bölünmüş milləti birləşdirmək kimi tarixi məsuliyyəti öz üzərinə götürməyə gücüm çatmır, ona görə də bu dəvəti qəbul edə bilmərəm".
O, Baş baş nazirə təklifə görə təşəkkür edib.
Macar etiraf edib ki, Polgarın son qərarını gözləmədən namizədliyini açıq şəkildə elan etməyə tələsib.
İmtinasına baxmayaraq, o, idmançıya yüksək hörmətlə yanaşdığını və ölkənin inkişafında başqa bir şəkildə iştirakına ümid etdiyini vurğulayıb.
Musavat.com






