İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı husilərin blokada təhdidinə cavab verdi

537 21.07.2026 10:10 Dünya A A

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ənsar Allah-ı (Husilər) Bab əl-Məndəb boğazında gəmilərə qarşı təhdidlərə cavab olaraq qətiyyətli tədbirlərlə hədələyib.

Musavat.com xəbər verir ki, məlumatı koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki açıqlayıb.

Bəyanata görə, koalisiya komandanlığı "Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərini qorumaq üçün tədbirlər görməyə başlayıb" və "Husilərin gəmilərə təhdidlərinə qətiyyətlə və sərt şəkildə cavab veriləcək, çünki bunlar beynəlxalq hüququn açıq şəkildə pozulması hesab olunur və dəniz piratçılığı tərifinə düşür".

Əl-Maliki vurğulayıb ki, "Yəmən limanlarının və hava limanlarının bağlanması ilə bağlı açıqlamalar Husilərin Yəmən hökumətinə və qonşu ölkələrə qarşı dezinformasiya və münaqişəni qızışdırmaq kampaniyasının bir hissəsidir".

Qeyd edək ki, iyulun 20-də Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası başlatdıqlarını elan ediblər. Bəyanatda hərəkatın Ər-Riyadın hərəkətlərinə cavab olaraq "hərtərəfli eskalasiya" hüququnu özündə saxladığı vurğulanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR