İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahzadə Harri xərçəngə tutulan atasına dəyməyə tək gəldi, Meqan Markl isə...

652 06.02.2024 20:08 Dünya A A

III Çarlzın kiçik oğlu Şahzadə Harri xərçəng diaqnozu qoyulan atası ilə görüşmək üçün ABŞ-dan Böyük Britaniyaya gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Sasseks hersoqu həyat yoldaşı, amerikalı Meqan Markl və uşaqları müşayiət etməyiblər. 4 il əvvəl həyat yoldaşı ilə birlikdə ABŞ-yə köçən şahzadə sonuncu dəfə ötən ilin sentyabrında krallığa səfər etmişdi.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya kralı III Çarlzın həkimləri onda xərçəngi erkən mərhələdə müəyyən edə biliblər. Bu barədə Baş nazir Rişi Sunak BBC yayım korporasiyasına müsahibəsində deyib. Britaniya taxtının varisi, Uels şahzadəsi Uilyam kralın ictimai vəzifələrinin bir hissəsini öz üzərinə götürüb.  

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR