İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibkarlara yeni güzəştlər veriləcək – RƏSMİ

352 04.06.2026 15:20 İqtisadiyyat A A

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Ölkə başçısı müşavirədə vurğulayıb ki, özəl sektor nümayəndələrinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasında xüsusi rolu olmalıdır:

“Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, biz müxtəlif mexanizmlərdən də istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq”, deyə Prezident bildirib.

Sözügedən proqramdan irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Musavat.com-un əməkdaşının sualına cavabda bildirib ki, dövlət proqramının və ümumiyyətlə, aqrar sektorun əsas drayveri özəl sektordur.

Nazir müavini qeyd edib ki, proqramda nəzərdə tutulan dövlət dəstəyinin 90 faizi sırf özəl sektora yönələn istehsal artımını təşviq edən dəstəklərdir: “Özəl sektor ön plandadır. İstehsal artımına əsasən özəl sektor vasitəsilə nail olunacaq. Özəl sektorun aqrar sahəyə cəlbediciliyini artırmaq üçün bir neçə alətimiz mövcuddur. Xüsusilə, iribuynuzlu heyvandarlıqda, cins heyvan subsidiyası vasitəsilə müəyyən qədər investisiya xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Əlavə olaraq, kredit və maliyyə əlçatanlığı ilə bağlı məsələ də prioritetdir. Bu ildən tətbiq olunan kredit faizinin subsidiyalaşdırılması istehsalçıların daha münasib maliyyəyə əlçatanlığını təmin edəcək. Həmçinin, güzəştlərin əhatəsi genişləndiriləcək”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR