İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Türkiyədə - FOTOLAR

447 25.10.2023 15:21 Siyasət A A

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti oktyabrın 25-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə rəsmi səfər edib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Nümayəndə heyətinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Ankaranın Esenboğa Beynəlxalq Hava limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

QAFAR.jpeg (167 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR