İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdin “patı” satması ilə bağlı 158 nömrəli məktəb açıqlama yaydı: "Müəllim böhtan atıb"

1964 25.05.2023 16:36 Son xəbər A A

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 25.05.2023-cü il tarixində “X ç” sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni məktəbə gələrək bildirib ki, Azərbaycan dili və ədəbiyyat müəllimi Səhər Əhmədova onların evinə zəng edərək övladının ünvanına böhtan atıb.

158 nömrəli məktəbdən Musavat.com-a verilən məlumata görə, məsələ ilə bağlı müəllim və valideynlə görüş zamanı onlar arasında insident yaşanıb. Müəllimlə söhbət aparılıb, o izahat verməkdən imtina edib. Məktəb rəhbərliyi tərəfindən məsələ ilə bağlı müvafiq araşdırma aparıldıqdan sonra qanunauyğun tədbirlər görüləcək. Qeyd edək ki, həmin şagird idmanla məşğul olur və zərərli vərdişlərlə əlaqəsi yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib. Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı "102" xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR