İnsanlara hürriyət, millətlərə istiqlal!

Sağ qalan azərbaycanlı dənizçi dəhşətli anlardan danışdı - VİDEO

560 06.06.2026 08:42 Gündəm A A

Azov dənizində dron hücumu zamanı sağ qalan azərbaycanlı dənizçi yaşanan dəhşətli anlardan danışıb.

Musavat.com İTV-yə istinadla xəbər verir ki, hadisə zamanı gəmidə olan və sağ qalan heyət üzvü faciəni belə təsvir edib:

"3-cü kapitan Məhəmməd Əliyev idi. Xidmət dəyişərkən dron vasitəsilə iki zərbə endirildi. Biz nə qədər kömək etmək istəsək də, buna nail ola bilmədik. Son 6 ilin ən güclü zərbəsi idi. Gəmi Moskvanın hədəfində idi. Onları heç cür xilas edə bilmədik. Həlak olanlar orada qaldılar". 

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu "Natra" və "Zirkon" yük gəmilərinə dron hücumları həyata keçirilib. Nəticədə beş nəfər həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR