İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabunçuda qadın tanışını öldürməyə cəhd edən şəxs tutulub

723 15.10.2022 15:02 Kriminal A A


Oktyabrın 14-ü saat 03 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Vüsalə Əliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Musavat.com-a verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR