İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabir Rüstəmxanlı Ali Baş Komandanı təbrik etdi

634 16.10.2023 15:51 Son xəbər A A

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Ali Baş Komandan İlham Əliyevə Xankəndində dövlət bayrağımızı ucaltması ilə bağlı təbrik ünvanlayıb.

Musavat.com həmin təbrikin mətnini təqdim edir:

“Azərbaycan Respulikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev!

Sizin 15 oktyabrda Qarabağa səfəriniz, Xocalı və Xankəndində, Qarabağın bütün şəhərlərində Azərbaycan bayrağını ucaltmağınız son ikiyüz illik tariximizdə qazanılmış ən böyük və möhtəşəm qələbəmizin şanlı yekunu idi. 44 günlük Zəfər Savaşı və 2023-cü ilin sentyabrındakı anti-terror tədbirləri nəticəsində bərpa edilən suverenliyimiz, 15 oktyabrda Sizin Xankəndində Azərbaycanın dövlət bayrağını ucaltmanız Azərbaycanın qələbəsini tam şəkildə bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidenti seçilmənizin 20-ci ildönümü günündə Xankəndində xalqa müraciətiniz hər bir Azərbaycanlıya böyük tarixi qürur yaşatdı. Bu möhtəşəm qələbə münasibətilə Sizi və bütün xalqımızı təbrik edir, gələcək qüdrətli Azərbaycan yolunda Sizə yeni-yeni uğurlar arzulayıram."

Sabir Rüstəmxanlı şəhidin məzarını abadlaşdıracaq Yeni Sabah

Sabir Rüstəmxanlı
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR