İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq komandiri qanına qəltan edənə AĞIR CƏZA VERİLDİ

1175 30.12.2022 14:13 Kriminal A A

Gəncə Ağır Cinayətlər Məhkəməsində “N” saylı hərbi hissənin sabiq komandiri, keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Rasim Əkbərovu bıçaqlayaraq öldürməyə cəhd edən Xalid Məmmədova hökm oxunub.

Musavat.com xəbər verir ki, məhkəmənin hökmü ilə Xalid Məmmədov Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq komandirin bıçaqlanmasına səbəb olan hadisə 2021-ci il, sentyabrın 8-də Goranboy şəhərində baş verib.

rasim-ekberov.jpg (19 KB)

Rasim Əkbərov

Xalid Məmmədovun atası Ziya Məmmədov birinci Qarabağ müharibəsində Rasim Əkbərovun tabeliyindəki hərbi hissədə qulluq etməklə iştirak edib. Rasim Əkbərov rayon sakinləri arasında tanınan və yüksək nüfuza sahib olan biri kimi tanındığından Xalid hadisədən 1 gün əvvəl ona yaxınlaşaraq tanışlıq verib və həbsdə olan tanışının azadığa buraxılması üçün ondan kömək istəyib. Rasim Əkbərov ondan həmin şəxsin ad və soyadını sürücüsü Zirəddinə deməyini, köməklik göstərəcəyini bildirib. Növbəti gün Rasim Əkbərov çayxanada çay içərkən Xalid ona yaxınlaşıb və 1 gün əvvəlki vədini xatırladıb. Rasim Əkbərov həmin vaxt telefonla danışdığından Xalidə şəxsi söhbəti olduğunu və oradan uzaqlaşmasını deyib. Xalid israr etdikdə Rasim Əkbərov ona “dur burdan aralan, telefonla danışıram”, - deyərək əsəbiləşib. Bu zaman Xalid üzərində daşıdığı bıçaqla ona 8 dəfə xəsarət yetirib. Ağır yaralanan 65 yaşlı Rasim Əkbərov Gəncə Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Qeyd edək ki, Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri olan Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.

E.MƏMMƏDƏLYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR