İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq icra başçısının qızı dövlət qurumunu məhkəməyə verdi

1511 01.11.2022 14:51 Gündəm A A

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın qızı dövlət qurumunu məhkəməyə verib.

Musavat.com Ölkə.Az-a istinadən xəbər verir ki, Gülməmmədova Vüsalə Yolçu qızı “Azərsu” ASC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələrdir.

Qeyd edək ki, İradə Gülməmmədova 2022-ci il yanvarın 19-da Abşeron rayonunun icra başçısı vəzifəsindən azad olunub.

Onun qızı V. Gülməmmədovanın bir sıra şirkətlərə rəhbərlik etdiyi bildirilir. Belə ki, onlardan biri V. Gülməmmədovanın qanuni təmsilçisi olduğu “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” MMC-dir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR