Xəbər verdiyimiz kimi, sabah Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar ölkə ərazisində bir sıra qadağalar tətbiq olunacaq.
Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, sabah saat 06:00-dan 00:00-dək ölkənin hər yerində spirtli içkilərin satışı və istifadəsi qadağan edilib. Bununla yanaşı, əsasən kişilərin sıx toplaşdığı internet-kafe, çay evləri fəaliyyət göstərməyəcək. İstirahət mərkəzlərində isə yalnız yemək veriləcək.
Xatırladaq ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir. (Qafqazinfo)