İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlıda narkotik bitki becərən şəxs saxlanılıb

277 10.04.2023 14:18 Son xəbər A A

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elxan Bayramov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 114 ədəd çətənə kolu və şitili aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR