İnsanlara hürriyət, millətlərə istiqlal!

Saatlar sonra... Kremldə Qarabağla bağlı bu SƏNƏD imzalanacaq - CANLI gündəm...

1343 25.05.2023 14:57 Gündəm A A

Bu gün Moskvada Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyanın üçtərəfli görüşü keçiriləcək.

Ermənistan mediası Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair sənədə imza atacağını yazır.

“Rəsmi mənbələrdən əldə edilən məlumatlara görə, tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına dair protokola imza ata bilərlər.
Əslində bu sənədin artıq imzalandığı haqda da fikirlər var, sadəcə olaraq, sənədin ictimaiyyətə açıqlanması üçün doğru məkan seçmək qalır.
Hazırda Moskvada üçtərəfli görüşə hazırlıq gedir və gözləniləndir ki, günün sonuna yaxın imzalanma prosesi baş versin”, - “Hraparak” nəşri yazır.

TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Moskva danışıqlarını müzakirə edirik.


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR