İnsanlara hürriyət, millətlərə istiqlal!

Saat 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə

1480 22.01.2026 09:15 Ölkə A A

Nehrəm qəsəbəsi və Araz kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bu barədə Babək Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, yanvarın 22-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq Araz Su Elektrik Stansiyasından qidalanan 35 kV Nehrəm elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Təmir-bərpa tədbirləri səbəbindən Babək rayonunun Nehrəm qəsəbəsində və Araz kəndində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR